SON DƏQİQƏ

Azərbaycan millisinin heyəti dəyişir

Tarix:

6-11-2017, 17:49

/ 921 dəfə oxundu.
Azərbaycan millisinin heyəti dəyişir

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində noyabrın 9-da Almaniya, noyabrın 14-də isə Kosovo yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.
Gunaz.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasında XI turun “Kəpəz” – “Qarabağ” oyununda zədələnmiş Ramil Şeydayevin Almaniya yığması ilə oyunda meydana çıxa bilməyəcəyi bu gün MRT müayinəsindən sonra müəyyənləşib.
Futbolçunun Kosovo yığması ilə oyunda çıxış edib-etməyəcəyi qarşıdakı günlərdə bəlli olacaq.
Qeyd edək ki, noyabrın 9-da "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Almaniya matçı saat 18:00-da başlanacaq. Görüşü qazaxıstanlı hakimlər idarə edəcək. Baş hakim Daniyar Saxiyə Alibek Aubakirov və Yevgeni Belski yan xətt, Bulat Sariyev dördüncü hakim qismində yardımçı olacaqlar.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ