SON DƏQİQƏ
» » Prezident meydana çıxıb futbolçunu döydü - FOTO

Prezident meydana çıxıb futbolçunu döydü - FOTO

Tarix:

31-10-2017, 13:54

/ 1 023 dəfə oxundu.
Prezident meydana çıxıb futbolçunu döydü - FOTO

Türkiyədə futbol matçı zamanı ilginc hadisə baş verib.

Gunaz.az fanat.az-a istinadən xəbər verir ki, oyun zamanı meydana çıxan klub prezidenti futbolçunu döyüb.

Hadisə həvəskarlar liqasının "Yünlüce Genclikspor" - "Sivricespor" matçında baş verib. Komandasının oyunundan razı qalmayan "Sivricespor"un prezidenti Ahmet Yetik matçın 34-cü dəqiqəsində futbolçulardan birini meydanın kənarına çağıraraq etirazını bildirib və daha sonra ona təpik atıb. Bunu görən matçın hakimi Gökhan Ardıç oyunun dayandıraraq klub rəhbərini meydandan qovub.

Oyundan sonra açıqlama verən Ahmet Yetik bunları deyib: "Bu matça 7 cəzalı futbolçumuz olduğu üçün gənc oyunçularla çıxdıq. Komandanın orta yaş həddi 20 idi. Amma gənc futbolçuların apardığı mübarizədən razı qalmadım. Yaşlarının haqqını vermədilər. Mən də əsəblərimə hakim olmadığım üçün futbolçuya təpik atdım. Bu hərəkətimə görə məyus oldum. Belə etməməli idim".

Qeyd edək ki, qarşılaşma "Yüncüle Genclikspor"un 5:4 hesablı qələbəsi ilə yekulaşıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ