SON DƏQİQƏ

"Qarabağ" Madridə çatdı - FOTO

Tarix:

30-10-2017, 07:08

/ 1 168 dəfə oxundu.
"Qarabağ" Madridə çatdı - FOTO

Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasındakı növbəti oyununu keçirmək üçün İspaniya paytaxtına gəlib.

Gunaz.az xəbər verir ki, Madridin Adolfo Suares Barajas hava limanında komandamızı azarkeşlər və diplomatlarımız qarşılayıblar. Azərbaycanın İspaniyadakı səfirliyi tərəfindən "Qarabağ" komandasının geyimləri və atributları ilə təmin edilmiş həmvətənlərimiz komandanı şüarlar və alqışlarla qarşılayıblar.

Xatırladaq ki, "Atletiko" - "Qarabağ" qarşılaşması oktyabrın 31-də, Madriddəki "Vanda Metropolitano" stadionunda keçiriləcək. İspaniyanın bütün bölgələrindən Madridə axışan azərbaycanlılar komandamıza dəstək olacaqlar. (Azərtac)

скачать dle 12.1

Şərhlər