SON DƏQİQƏ

22 milyonluq ulduz Türkiyədə oynayacaq

Tarix:

4-10-2017, 12:16

/ 949 dəfə oxundu.
22 milyonluq ulduz Türkiyədə oynayacaq

Sol cinahda problemlər yaşayan "Fənərbaxça" bu mövqeyə məşhur futbolçunu transfnr etmək istəyir. Fanat.Az xəbər verir ki, İstanbul klubu problemi "Mançester Yunayted"dən Daley Blindi transfer aradan qaldırmağa çalışır.

İddialara görə, "Fənərbaxça" artıq holland futbolçu ilə danışıqlara başlayıb. Türklər İngiltərə klubu ilə müqaviləsi gələn yayda başa çatacaq futbolçunu qışda heyətə qatmaq ismtəyir. "Fənərbaxça" bu məqsədlə yanvarda "Mançester Yunayted" kiçik məbləğ ödəməklə transferi bitirmək niyyətindədi. 6 aylıq icarə müqaviləsinin imzalanması və yayda transferin bir dəfəlik həll edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, "Mançester Yunayted"  Daley Blindi 2014-cü ildə "Ayaks"dan 17,5 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 22 milyon avro qiymət qoyub.

Gunaz.az

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ