SON DƏQİQƏ
» » Ronaldinyo karyerasını Braziliyanın futzal millisində davam etdirmək niyyətindədir

Ronaldinyo karyerasını Braziliyanın futzal millisində davam etdirmək niyyətindədir

Tarix:

3-10-2017, 08:26

/ 1 035 dəfə oxundu.
Ronaldinyo karyerasını Braziliyanın futzal millisində davam etdirmək niyyətindədir

Məşhur futbolçu Ronaldinyo futzal üzrə Braziliya yığmasının heyətinə daxil edilə bilər.
Gunaz.az-ın xəbərinə görə, bu barədə “GloboEsporte” məlumat verib.
Məlumata əsasən, sabiq “Milan” və “Barselona” klubunun hücumçusu artıq Braziliya millisinin lideri Falkao ilə komandaya qoşulmasını müzakirə edib. Bundan əvvəl Ronaldinyo Hindistanda futzal yarışlarında gücünü sınayıb. O, 2016-cı ildə Hindistanın futzal üzrə Premyer liqasının “Qoa” komandasında çıxış edib.
Qeyd edək ki, ilin əvvəlində 37 yaşlı Ronaldinyo “Barselona” futbol klubunun səfiri təyin olunub.

скачать dle 12.1

Şərhlər