SON DƏQİQƏ

"Qarabağ" - "Atletiko": biletlər satışda

Tarix:2-10-2017, 16:58 Oxunub:914

"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda oktyabrın 18-i İspaniyanın "Atletiko" klubunu qəbul edəcək.

Gunaz.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, artıq bu qarşılaşmanın biletləri satışa çıxarılıb. 

Azarkeşlər qeyd olunan satış məntəqələrinə yaxınlaşmaqla şəxsiyyət vəsiqəsiylə birbaşa biletləri əldə edə bilər.

Onlayn bilet əldə etmək istəyən azarkeşlərimiz isə iticket.az saytından vauçerləri alaraq, daha sonra satış məntəqələrində vauçerləri biletlərlə dəyişməlidir.

Qeyd edək ki, "Qarabağ" - "Atletiko" matçı oktyabrın 18-i, saat 20:00-da start götürəcək.

Satış məntəqələri: 

"Gənclik mall" və "28 mall"

"Park Bulvar" (Qarabağ FK Fan-şop)

M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti

Heydər Əliyev Sarayının kassası

Asan Xidmət mərkəzləri

Nizami küç. (Nizami k/t yaxınlığı)

Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<