SON DƏQİQƏ
» » "Qarabağ" - "Roma" oyunu yağış altında keçəcək - Nazirlik

"Qarabağ" - "Roma" oyunu yağış altında keçəcək - Nazirlik

Tarix:

26-09-2017, 17:46

/ 1 118 dəfə oxundu.
"Qarabağ" - "Roma" oyunu yağış altında keçəcək - Nazirlik

Sabah UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" - "Roma" oyununun keçiriləcəyi saatlarda Bakıda yağış yağacağı gözlənilir.

GUNAZ.az  xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcək, gün ərzində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Yağışın axşam saatlarında da davam edəcəyi gözlənilir.

Beləliklə, saat 20:00-da Bakı Olimpiya Stadionunda "Qarabağ" - "Roma" oyunu yağış altında keçəcək.

Axsam Bakıda havanın temperaturu 17-18 dərəcə isti olacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ