SON DƏQİQƏ
» » “Qarabağ” - “Roma” oyununun hakimləri bəlli oldu

“Qarabağ” - “Roma” oyununun hakimləri bəlli oldu

Tarix:

25-09-2017, 14:43

/ 730 dəfə oxundu.
“Qarabağ” - “Roma” oyununun hakimləri bəlli oldu

UEFA Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ" - "Roma" oyununu portuqaliyalı hakimlər briqadası idarə edəcək.

GUNAZ.az-ın məlumatına görə, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək matçın baş hakimi Artur Dias olacaq. Ona yan xətt hakimləri Rui Tavares və Paulo Soares kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Bruno Rodriges yerinə yetirəcək. Matçın hakim-inspektoru Haim Yakov (İsrail), UEFA nümayəndəsi estoniyalı Oleq Xarlamovdur.
C qrupunun digər oyununda "Atletiko" Madriddə "Çelsi"ni qəbul edəcək.
скачать dle 12.1

Şərhlər