SON DƏQİQƏ

"Real"ın builki qazancı açıqlandı

Tarix:

15-09-2017, 21:06

/ 1 214 dəfə oxundu.
"Real"ın builki qazancı açıqlandı

İspaniyanın “Real” futbol klubunun 2016/2017 mövsümü üçün qazancı açıqlanıb.

GUNAZ.az xəbər verir ki, paytaxt təmsilçisinin rəsmi saytında yer alan maliyyə hesabatında “Kral klubu”nun 674,6 milyon avro əldə etdiyi bildirilir. Bu isə 2015/2016 mövsümü ilə müqayisədə 8,8 faiz çoxdur (620,1 milyon).

Bütün vergi öhdəlikləri yerinə yetirildikdən və digər xərcləri çıxdıqdan sonra klubun xalis mənfəəti 21,4 milyon avro təşkil edib. “Real”ın ümumi borcu isə 10,3 milyon avrodur.

Qeyd edək ki, “Real” 2016/2017 mövsümündə İspaniya La Liqasının, Çempionlar Liqasının, UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub.

скачать dle 12.1

Şərhlər