SON DƏQİQƏ
» » Neymar “Barsa”dan niyə ayrıldı? - Atası açıqladı

Neymar “Barsa”dan niyə ayrıldı? - Atası açıqladı

Tarix:

6-08-2017, 11:29

/ 4 309 dəfə oxundu.
Neymar “Barsa”dan niyə ayrıldı? - Atası açıqladı

"Barselona”dan PSJ-yə transfer olan Neymarın atası Senyor Neymar oğlunun seçimininin səbəbini açıqlayıb.
Braziliyalı hücumçunun həm də meneceri olan ata Neymar, oğlunun "Barselona”dan ayrılmasının əsas səbəbi kimi Kataloniya klubunda Lionel Messinin kölgəsində qalmasını göstərib:
"Messi bir ulduzdu və həmişə ulduz olaraq qalacaq. Hamı Neymarı Messinin əvəzləyicisi kimi görürdü. O, artıq kiminsə kölgəsində qalmaq istəmirdi. Messidən ayrılmalı idi. Çünki o, "Barselona”da əsl idoldu”.
Xatırladaq ki, "Barsa”dan PSJ-yə 222 milyon avro qarşılığında keçən Neymar, yeni transfer rekorduna imza atıb.
\Publika.az\

GUNAZ.az 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ