SON DƏQİQƏ
» » "Qarabağ"dan tarixi qələbə - İlk dəfə Azərbaycan klubu pley-offda

"Qarabağ"dan tarixi qələbə - İlk dəfə Azərbaycan klubu pley-offda

Tarix:

1-08-2017, 23:10

/ 4 076 dəfə oxundu.
"Qarabağ"dan tarixi qələbə - İlk dəfə Azərbaycan klubu pley-offda

Bu gün "Qarabağ" komandası Çempionlar Liqasında növbəti matçına çıxıb.

GUNAZ.az xəbər verir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Moldovanın "Şerif" kollektivinin qonağı olub.
Tiraspolda baş tutan görüş Qurban Qurbanovun baş məşqçisi olduğu komanda üçün tarixi əhəmiyyət daşıyırdı. Bakıda keçirilən ilk qarşılaşmada rəqibi ilə qolsuz bərabərə qalan "Qarabağ" səfərdə lazımı nəticəni təmin edəcəyi halda qitənin ən nüfuzlu klub turnirində "play-off" mərhələsinə vəsiqə qazanacaq ilk Azərbaycan klubu olacaqdı.
Ölkə çempionu bunu bacaracağı təqdirdə, paralel olaraq son üç mövsümdə iştirakçısı olduğu Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcəkdi.
"Qarabağ" səfərdə 2:0 hesablı qələbə qazanaraq Azərbaycan futbolu tarixinə düşüb.
Çempionlar Liqası, III təsnifat mərhələsi, cavab oyunu
1 avqust
21:00. "Şerif” (Moldova) - "Qarabağ” (Azərbaycan) 1:2
Badibanqa, 90+4 - Ndlovu, 45+3. Miçel, 85.
Baş hakim: Roy Reynşreyber
Yan xətt hakimləri: Amihay Yehoşua Mozes, Dan Uçeniç
Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)
UEFA nümayəndəsi: Edqars Pukinsks (Latviya)
Hakim-inspektor: Paulius Malzinskas (Litva)
Tiraspol. "Şerif” stadionu
İlk oyun – 0:0

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ