SON DƏQİQƏ
» » Bu gün Azərbaycan klubları Avropa Liqasında cavab oyunlarını keçirəcək

Bu gün Azərbaycan klubları Avropa Liqasında cavab oyunlarını keçirəcək

Tarix:

20-07-2017, 08:20

/ 2 915 dəfə oxundu.
Bu gün Azərbaycan klubları Avropa Liqasında cavab oyunlarını keçirəcək

Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. 
GUNAZ.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində çıxış edən Azərbaycan təmsilçiləri də vacib oyuna çıxacaq.

Azərbaycan klubları arasında ilk sınaq "Zirə”nin olacaq. Qəsəbə təmsilçisi öz meydanında "Astra”nı qəbul edəcək. Avrokuboklarda debüt mövsümündə bir mərhələ adlayan Ayxan Abbasovun yetirmələri uğurunu davam etdirmək üçün çətin vəzifənin öhdəsindən gəlməlidi. Bakılılar ən azı 2 cavabsız qol vurmalıdı. İndiyədək heç bir Azərbaycan klubu səfərdəki 1:3 hesablı məğlubiyyətin əvəzini çıxa bilməsə də, zirəlilər mərhələ keçməyə iddialıdı.
Paytaxtın "İnter” klubu evdə qazandığı 1:0 hesablı qələbənin üstünlüyü ilə Lüksemburqa yollanıb. Bakılılar səfərdə "Fola” ilə görüşəcək. Zaur Svanadzenin yetirmələri üstünlüyünü qorumağa çalışacaq. Gürcüstanlı mütəxəssislə ilk cəhdində 2 mərhələ adlayan "İnter” ən azı iki il əvvəlki nəticəni təkrarlamalıdı. İndiyədək Lüksemburq klublarına uduzmadığımızı nəzərə alsaq, paytaxt təmsilçisinin şansları realdı.
Polşada "Yagelloniya”nın qonağı olacaq "Qəbələ”nin işi nisbətən çətindi. Bakıdakı 1:1 hesablı bərabərlik polşalıların xeyrinədi. Komandamız üstünlüyü öz lehinə dəyişməlidi. Bu səbəbdən də Roman Qriqorçukun yetirmələri mütləq qol vurmalıdı. Çünki "Qəbələ”yə qələbə və ya məhsuldar bərabərlik lazımdı. Qəbələlilər bu vəzifənin öhdəsindən gələ bilsə, iki il öncə qarşılaşdığı Yunanıstan "Pnatinaikos”una rəqib olacaq.(Apasport)
Avropa Liqası
II təsnifat mərhələsi, cavab oyunları
20 iyul
21:00. "Zirə” (Azərbaycan) – "Astra” (Rumıniya)
 İlk oyun – 1:3
22:30. "Yagelloniya” (Polşa) – "Qəbələ” (Azərbaycan)
İlk oyun – 1:1
21:30. "Fola” (Lüksemburq) – "İnter” (Azərbaycan)
İlk oyun – 0:1
 
 
 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ