SON DƏQİQƏ
» » "Qarabağ" çox zəngin klubdur" - George Mçedlişvili

"Qarabağ" çox zəngin klubdur" - George Mçedlişvili

Tarix:

19-07-2017, 15:52

/ 3 724 dəfə oxundu.
"Qarabağ" çox zəngin klubdur" - George Mçedlişvili

"Yaxşı oyun keçirib qələbə qazanmaq istəyirdik. İlk hissədə qol vurmaq üçün bir neçə şansımız olsa da, bundan istifadə edə bilmədik".
GUNAZ.az apasport.az-a istinadən xəbər verir ki, bunu "Samtredia"nın müdafiəçisi George Mçedlişvili deyib.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la qarşılaşan Gürcüstan çempionu Bakıda (0:5) olduğu kimi, Tiflisdə də (0:1) məğlubiyyətə düçar olub.
 
Qarşılaşma ilə bağlı fikirlərini bildirən sağ cinah oyunçusu məğlubiyyətə layiq olmadıqlarını söyləyib: "İkinci hissəni daha yaxşı keçirdik. 2-3 real imkan da yaxaladıq. Bunlardan düzgün yararlansaydıq, məğlub olmazdıq. Nələr baş verdiyini izah edə bilmirəm. Nə edə bilərik, "Qarabağ" güclü komandadı. Ancaq ikinci hissədəki oyuna əsasən deyə bilərəm ki, bu rəqibə qalib gələ bilərdik. Təəssüf ki, fürsətlərdən istifadə etmədik. Çox məyusuq. Uduzmuşuqsa razı qala bilmərik. Ancaq komandamızın oyununda müsbət işartılar gördüm. Bu, "Samtredia"nın maksimum gücü deyidi. Daha yaxşısını bacarırıq. Görünür, uğurlu nəticələr əldə etmək üçün daha çox inkişaf etməliyik".
 
Mçedlişvili "Qarabağ"ın uğurlu çıxışını maliyyə durumu ilə əlaqələndirib: "Qarabağ" çox zəngin klubdu. Bəlkə də bunu deməyim düz deyil. Ancaq hazırda belə turnirlərdə uğurlu çıxış etmək, güclü kollektiv qurmaq üçün maliyyə böyük rol oynayır".

 

 

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ