SON DƏQİQƏ

Avropa Liqası: "İnter" son dəqiqədə sevindi

Tarix:

12-07-2017, 23:29

/ 4 099 dəfə oxundu.
Avropa Liqası: "İnter" son dəqiqədə sevindi

Bu gün Bakı "İnter"i Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində ilk görüşünə çıxıb.

GUNAZ.az  xəbər verir ki, rəqib Lüksemburqun "Fola Eş" komandası olub. "Dalğa Arena"da keçirilən qarşılaşma gərgin mübarizə şəraitində keçib. "İnter" əvvəlki mərhələdə Serbiya "Mladost"unu səfərdə 3:0, evdə 2:0 hesablı qələbələrlə üstələsə də, bu dəfə xeyli çətinliklə üzləşdi. Oyunun taleyini son dəqiqədə Mirhüseyn Seyidovun vurduğu qol həll etdi. "Quru" hesablı qələbə səfər matçında "İnter" üçün əlavə üstünlük sayıla bilər.

Avropa Liqası. II təsnifat mərhələsi, ilk oyun
12 iyul
20:00. "İnter" (Azərbaycan) - "Fola Eş" (Lüksemburq) 1:0
M.Seyidov, 90.
Baş hakim: Eytan Şmuelvits
Yan xətt hakimləri: Nissan Davidi, Saqi Mazamber
Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)
Bakı, "Dalğa Arena"


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ