SON DƏQİQƏ
» » “İnter” səfərdən darmadağınla dönür - YENİLƏNİR

“İnter” səfərdən darmadağınla dönür - YENİLƏNİR

Tarix:

30-06-2017, 00:37

/ 1 968 dəfə oxundu.
“İnter” səfərdən darmadağınla dönür - YENİLƏNİR

Bu gün Avropa Liqasında yeni mövsümə start verilib.

GUNAZ.az apasport.az-a istinadən xəbər verir ki, azərbaycanlı azarkeşlərin diqqəti ilk olaraq "Zirə"nin, ardınca isə "İnter"in oyununa yönəlib.
Birincilərin qələbəsindən sonra Zaur Svanadzenin yetirmələri də ümidləri artıqlaması ilə doğruldublar. "İnter" matça yaxşı başlamasa da, tezliklə təşəbbüsü ələ alıb. 
Çox keçmədən bu üstünlük hesabda da əks olunub. Təxminən 20 dəqiqə intervalla iki cərimə zərbəsini möhtəşəm yerinə yetirən Adrian Skarlatake rəqibi şoka salıb. İlk hissə bu hesabla başa çatıb.
İkinci hissədə ənənəvi təmkinli oyununu göstərən bakılılar bir də 75-ci dəqiqədə diqqət mərkəzinə gəliblər. Rauf Əliyev növbəti möhtəşəm qola imza atıb.
Qalan dəqiqələrdə qol olmayınca matç bu hesabla başa çatıb.

Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
29 iyun
"Mladost" (Serbiya) - "İnter" (Azərbaycan) - 0:3
Qollar: Skarlatake, 23, 41, Rauf Əliyev, 76
Baş hakim: Aleksey Matyunin
Baş hakimin köməkçiləri: Anton Kobzev, Aleksey Lunyov
Dördüncü hakim: Yevgeni Turbin (hamısı Rusiya)
Hakim-inspektor: Bernardino Qonzales Vaskes (İspaniya)
UEFA nümayəndəsi: Paolo Rondelli (San-Marino)
Luçani. "Mladost" stadionu

скачать dle 12.1

Şərhlər