SON DƏQİQƏ

“Qarabağ” Premyer Liqa klubu ilə üz-üzə

Tarix:

28-06-2017, 09:32

/ 1 903 dəfə oxundu.
“Qarabağ” Premyer Liqa klubu ilə üz-üzə

"Qarabağ" yay hazırlıqlarını davam etdirir.
 Ağdamlılar Avstriyadakı təlim-məşq toplanışında bu gün növbəti hazırlıq matçına çıxacaq.
Qurban Qurbanovun yetirmələri Moskva "Dinamo"su ilə üz-üzə gələcək. Bu, təmsilçimizin 3-cü sınaq matçı olacaq.
 
Çempionlar Liqasına II təsnifat mərhələsindən start verəcək Azərbaycan çempionu iyulun 11-də qarşılaşacağı "Samtredia" ilə oyuna qədər daha bir yoxlama matçı keçirməyi planlaşdırır. Ancaq hələlik rəqibin kimliyi dəqiqləşməyib.
 
Qeyd edək ki, Ağdam klubu ilk iki hazırlıq matçında Rusiya Premyer Liqa təmsilçisi "Axmat"a 0:1, Bolqarıstan MOİK-inə isə 2:5 hesabı ilə məğlub olub.
 
Yoxlama oyunu
20:00. "Qarabağ" - "Dinamo"
Avstriya, Kössen

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər