SON DƏQİQƏ
» » “Real” rəhbərliyi Ronaldo barədə qərarını verdi

“Real” rəhbərliyi Ronaldo barədə qərarını verdi

Tarix:

18-06-2017, 17:42

/ 3 713 dəfə oxundu.
“Real” rəhbərliyi Ronaldo barədə qərarını verdi

Madridin "Real” komandasının prezidenti Florentino Peres bəyan edib ki, hücumçu Kriştiano Ronaldonu klubda saxlamaq niyyətində deyil.

GUNAZ.az Oxu.az-a istinadən bildirilir ki, bu barədə Daily Express nəşri məlumat yayıb.
Peres qeyd edib ki, komandanın maraqlarını həmişə hər bir oyunçunun ayrı-ayrılıqda maraqlarından üstün tutacaq. "Real” rəhbərliyi hesab edir ki, Ronaldo maaşının artırılması üçün klubu şantaj edir.
Xatırladaq ki, 32 yaşlı portuqaliyalının "Real”ı tərk etmək istəyi barədə məlumat iyunun 16-da yayılıb. Ronaldo Pereslə söhbət zamanı bildirib ki, bu addımı İspaniya prokurorluğunun onun ünvanına səsləndirdiyi ittihamlara görə atıb.
İyunun 13-də Ronaldoya qarşı vergidən yayınma (14,7 milyona avro məbləğində) maddəsi ilə iş qaldırılıb. İdmançı və onun vəkili bu ittihamla razılaşmırlar.
скачать dle 12.1

Şərhlər