SON DƏQİQƏ
» » “Qəbələ”nin bütün rəqibləri müəyyənləşdi

“Qəbələ”nin bütün rəqibləri müəyyənləşdi

Tarix:

5-06-2017, 00:48

/ 2 819 dəfə oxundu.
“Qəbələ”nin bütün rəqibləri müəyyənləşdi

"Qəbələ” 2017-2018-ci illər mövsümünün hazırlıqlarına start verib.
İyunun 3-də Bakıda bir araya gələn komanda hazırlıq prosesinə yerli oyunçularla başlayıb. Toplanışın ilk gününü fitnes zalında çalışmalarla keçirən "qırmızı-qaralar” ayın 6-dək paytaxtda məşq edəcək.
GUNAZ.az  klubun saytına istinadən xəbər verir ki, "Qəbələ” iyunun 7-də təlim-məşq toplanışı keçirmək üçün Avstriyaya yola düşəcək. Komanda iyunun 23-dək Tirol bölgəsində İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində məskunlaşacaq. "Qəbələ” 4 yoxlama oyunu keçirəcək.
İyunun 12-də "qırmızı-qaralar” Avstriyanın regional liqasında çıxış edən yerli "Fulpmes”lə üz-üzə gələcək. Üç gün sonra Rusiyanın "Terek” komandası ilə görüşəcək "Qəbələ” son iki matçında Bolqarıstan təmsilçiləri ilə qarşılaşacaq. Ayın 19-da Plovdivin "Botev” klubu, 22-də isə bu ölkənin çempionu "Lüdoqorets” "Qəbələ”yə rəqib olacaq.

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ