SON DƏQİQƏ
» » Voleybolçularımız dördüncü qələbəni qazandı

Voleybolçularımız dördüncü qələbəni qazandı

Tarix:

2-06-2017, 22:02

/ 2 077 dəfə oxundu.
Voleybolçularımız dördüncü qələbəni qazandı

Qadın voleybolçular arasında DÇ-2018-in Bakıda keçirilən E qrupunun seçmə oyunları davam edir.
GUNAZ.az-ın məlumatına görə, ardıcıl 3 oyunda "quru hesab”la qələbə qazanan Faiq Qarayevin yetirmələri bu gün baş tutan IV turda İsrail yığması ilə üz-üzə gəlib.
Voleybolçularımız bu dəfə də uğurlu seriyanı davam etdiriblər. Ardıcıl 4-cü matçda 4-cü 3 xallıq qələbə komandamızı növbəti mərhələyə daşıyıb. Yığmamız sabah baş tutacaq Hollandiya ilə oyunun nəticəsindən asılı olmayaraq, qrupda qalmayacaq. "Narıncılar"a qalib gələcəyimiz halda birbaşa final mərhələsinə, uduzacağımız halda isə pley-offa yüksələcəyik.
Günün ilk matçında Danimarka Norveçlə qarşılaşıb. Görüş ikincilərin qələbəsi ilə başa çatıb. Bu, Norveçin Bakıda ilk qalibiyyəti olub.
Turun mərkəzi matçında isə Hollandiya Ukraynanı sınağa çəkəcək.
Dünya çempionatının seçmə mərhələsi
E qrupu
IV tur
2 iyun
Hollandiya – Ukrayna - 1:0
İsrail – Azərbaycan - 0:3
Danimarka – Norveç - 1:3

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ