SON DƏQİQƏ
» » "Yuventus" ardıcıl altıncı çempionluğunu reallaşdırdı

"Yuventus" ardıcıl altıncı çempionluğunu reallaşdırdı

Tarix:

21-05-2017, 20:17

/ 4 128 dəfə oxundu.
"Yuventus" ardıcıl altıncı  çempionluğunu reallaşdırdı

İtaliyanın "Yuventus" klubu ardıcıl altıncı dəfə futbol üzrə ölkə çempionatının qalibi olub.
 Turin klubu çempionluğunu "Krotone" üzərində qazanılan 3:0 hesablı qələbə sayəsində müəyyənləşdirib.
Oyunda qolları Mancukiç, Dibala və Aleks Sandro vurub.
Massimiliano Alleqrinin yetirmələri bununla 1931-1935-ci illər dövründə müəyyən etdikləri rekordu yeniləyiblər. Həmin vaxt "Qoca Sinyora" beş dəfə ard-arda çempion titulunu qazanmağa nail olmuşdu və onun bu qalibiyyət seriyasını sonda "Bolonya" qıra bilmişdi.
"Yuventus" – "Krotone" - 3:0
Qollar: Mancukiç, 12, Dibala, 39, Sandro, 83

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ