SON DƏQİQƏ
» » İslamiada: Bağlanış mərasimindəki bayraqdarımız müəyyənləşdi

İslamiada: Bağlanış mərasimindəki bayraqdarımız müəyyənləşdi

Tarix:

20-05-2017, 23:15

/ 2 928 dəfə oxundu.
İslamiada: Bağlanış mərasimindəki bayraqdarımız müəyyənləşdi

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycan milli komandasının bayraqdarı cüdoçu Elxan Məmmədov olacaq.
Dünya və Avropa çempionu Elxan Məmmədov "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında ölkəmizin aktivinə 20-ci qızıl medalı yazdırıb. O, həmçinin "Bakı-2017”də kişilər arasında cüdo üzrə komanda yarışında Azərbaycan millisinin heyətində İslamiadanın çempionu olub.
Elxan Məmmədov Azərbaycanı digər beynəlxalq yarışlarda da layiqincə təmsil edib.
Xatırladaq ki, İslamiadanın açılış mərasimində yığma komandanın bayraqdarı karate üzrə beşqat dünya, onqat Avropa, IV İslam Həmrəyliyi Oyunlarının ikiqat çempionu Rəfael Ağayev olub. (Azərtac)

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ