SON DƏQİQƏ

"Qələbəmi anama həsr edirəm" - FOTO

Tarix:

17-05-2017, 20:50

/ 2 933 dəfə oxundu.
"Qələbəmi anama həsr edirəm" - FOTO

"Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında idman gimnastikasında komanda hesabında gümüş, fərdi hesabda qızıl medal qazanmış Murad Ağarzayev uğurlarını anasına həsr edib".
Bunu 18 yaşlı gimnast Trend-ə açıqlamasında deyib.
M.Ağarzayev anasının altı yaşından bəri onu dəstəklədiyini və uğuruna inandığını deyib: "Qoy bu uşaqlar üçün nümunə olsun. Mümkün olmayan heç nə yoxdur. Qoy qələbələrimiz sayəsində himnimiz səslənsin və Azərbaycan bayrağı dalğalansın".
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
 

GUNAZ.az

"Qələbəmi anama həsr edirəm" - FOTO

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ