SON DƏQİQƏ
» » İslamiada: Futbolçularımız yarımfinal uğrunda Mərakeşlə üz-üzə gələcək

İslamiada: Futbolçularımız yarımfinal uğrunda Mərakeşlə üz-üzə gələcək

Tarix:

15-05-2017, 08:51

/ 4 795 dəfə oxundu.
İslamiada: Futbolçularımız  yarımfinal  uğrunda Mərakeşlə üz-üzə gələcək

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bu gün 10 növ üzrə mübarizə gedəcək.

Bunlardan 6-da medal yeni dəstləri sahiblərini tapacaq. Azərbaycan təmsilçiləri ən çox medalı idman gimnastikasında qazana bilərlər. Cüdo (Komanda), atıcılıq, üzgüçülük, tennis və ağırlıqqaldırma növlərində də medal yarışları olacaq.
Eyni zamanda 4 boksçunun yarımfinala yüksələrək, ən azı bürünc medalı təmin etmə şansı var. Su polosunda Azərbaycan - Türkiyə qarşılaşması maraq doğuran oyunlardandır. Voleybol üzrə kişi və qadınlardan ibarət Azərbaycan milli komandalarının yer aldığı qruplarda da oyunlar keçiriləcək. Nəhayət, Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət yığma komandası yarımfinala vəsiqə uğrunda görüşdə Mərakeşlə üz-üzə gələcək. Bu matçda Yaşar Vahabzadənin baş məşqçi olduğu komandaya heç-heçə də kifayət edir.
15 may
Boks
12:00. 49 kq. 1/4 final. Rüfət Hüseynov - Omid Ahmadisafa (İran)
12:00. 56 kq. 1/4 final. Tayfur Əliyev - Tofik Kaşfi (Mərakeş)
18:00. 69 kq. 1/4 final. Tamerlan Abdullayev - Tulasimaram Tarumalinqam (Qətər)
18:00. +91 kq. 1/4 final. Məhəmmədrəsul Məcidov - Uosri Hafez (Misir)
Bakı Kristal Zalı-2
Futbol
B qrupu
12:30. Oman - Əlcəzair
AZAL Arena
12:30. Türkiyə - Fələstin
Bayıl stadionu
A qrupu
18:30. Kamerun - Səudiyyə Ərəbistanı
AZAL Arena
18:30. Mərakeş - Azərbaycan
Bayıl stadionu
İdman gimnastikası (12:00 - 13:45, 17:30 - 19:40)
Fərdi finallar
Kişilər
Sərbəst hərəkətlər: Murad Ağarzayev, Timur Bayramov
Paralel qollar: Timur Bayramov, Bençe Talas
Halqalar: Murad Ağarzayev, Bençe Talas
Dayaqla tullanma: Murad Ağarzayev
Dəstəli at: Bençe Talas, Murad Ağarzayev
Turnik: Bençe Talas, Murad Ağarzayev
Qadınlar
Dayaqla tullanma: Marina Nekrasova, Yuliya İnşina
Müxtəlif hündürlüklü qollar: Yuliya İnşina Yekaterina Tişkova
Sərbəst hərəkətlər: Yuliya İnşina, Yekaterina Tişkova
Gimnastika tiri: Marina Nekrasova, Yuliya İnşina
Milli Gimnastika Arenası
Cüdo (Komanda)
Kişilər
1/8 final. Azərbaycan (Elmar Qasımov, Hidayət Heydərov, Elxan Məmmədov, Məmmədəli Mehdiyev, Rüstəm Orucov, Orxan Səfərov, Nicat Şıxəlizadə) - Qırğızıstan
Qadınlar
Azərbaycan (Kifayət Qasımova, Xanım Hüseynova, İrina Kindzerska) rəqib hələ müəyyənləşməyib.
Heydər Əliyev adına Arena
Atıcılıq
Qadınlar
3 vəziyyətdə tüfənglə atəş. Təsnifat mərhələsi (Xəyalə Hüseynli)
Dairəvi stend. Təsnifat mərhələsi (Rigina Meftahətdinova, Püstəxanım Məlikova, Nurlanə Cəfərova)
Kişilər
50 metr tapança ilə atəş. Təsnifat mərhələsi (Rəsul Məmmədov, Rəhim Rəhimov, Ruslan Lunyov)
25 metr standart tapança. Təsnifat mərhələsi (Ruslan Lunyov)
Qarışıq komanda halında səngər stendi: Təsnifat mərhələsi (Əlimirzə Quliyev - Şəfəq Əmrahova və Əli Hüseynli - Aydan Camalova)
Bakı Atıcılıq Mərkəzi
Üzgüçülük
Kişilər
50 metr sərbəst: Təsnifat mərhələsi (Nikolay Trarov, Boris Kirillov)
100 metr brass: Təsnifat mərhələsi (Vəli İsrafilov, Dmitri Saley)
400 metr fərdi kompleks: Final (Maksim Şemberev)
100 metr arxa üstə: Final (Boris Kirillov, Raman Saley - ehtiyat)
Qadınlar
200 metr batterflyay (delfin): Final (Alsu Bayramova, İlahə Rəciyeva)
100 metr sərbəst: Final (Fatimə Alkərəmova)
1500 metr sərbəst: Final (Fatimə Alkərəmova)
Bakı Su İdmanı Mərkəzi
Tennis
Qadınlar
Türkiyə - Özbəkistan
Azərbaycan - Pakistan
Kişilər
Qətər - Özbəkistan
Türkiyə - Pakistan
Bakı Tennis Akademiyası
Voleybol
Kişilər
10:00. Türkiyə - Pakistan
Qadınlar
19:00. Türkiyə - Qırğızıstan
21:30. Qətər - Səudiyyə Ərəbistanı
Bakı Kristal Zalı-1
Su polosu
16:30. Səudiyyə Ərəbistanı - İndoneziya
18:00. Azərbaycan - Türkiyə
Su Polosu Arenası
Ağırlıqqaldırma
Qadınlar
63 kq: Firuzə İbrahimova, Elnurə Abbasova
69 kq: Fidan Hüseynzadə, Anastasiya İbrahimli
Ağır Atletika Arenası(Report)

GUNAZ.az 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ