SON DƏQİQƏ

Bakı-2017: Türklər ərəblərə məğlub oldu

Tarix:

14-05-2017, 21:58

/ 3 731 dəfə oxundu.
Bakı-2017: Türklər ərəblərə məğlub oldu

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişi həndbolçular arasında final oyunu keçirilib.
Finalda Türkiyə və Səudiyyə Ərəbistanı komandaları qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən oyun Səudiyyə Ərəbistan yığması 26:21 hesabı ilə qalib gələrək qızıl medala sahib olub.
Xatırladaq ki, qadınların yarışının finalında isə Azərbaycan və Türkiyə həndbolçuları üz-üzə gələcəklər.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ