SON DƏQİQƏ

Millimiz qrup lideri oldu - İslamiada

Tarix:

11-05-2017, 21:54

/ 2 767 dəfə oxundu.
Millimiz qrup lideri oldu - İslamiada

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarında ikinci tur keçirilib.

A qrupunda yer alan yığmamız Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib. Görüş komandamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra millimiz 4 xalla qrup lideri olub. Ərəblər isə qrupdan çıxmaq şansını itirib.

Qeyd edək ki, Yaşar Vahabzadənin komandası ilk turda Kamerunla heç-heçə etmişdi.

Qrupun digər oyununda isə Kamerun Mərakeşi sınağa çəkib. Matç 1:1 hesabı ilə başa çatıb.

B qrupunda Türkiyə Omanla qarşılaşıb. 2:3 hesabı ilə uduzan Türkiyə millisi qrupda qalıb.

11 may

İslam Həmrəylik Oyunları

II tur

A qrupu

12:30. Kamerun – Mərakeş - 1:1

18:30. Azərbaycan – Səudiyyə Ərəbistanı - 2:0
Qollar: Elşən Abdullayev, 67, Ağabala Ramazanov, 80

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 5. Sadiq Quliyev, 6. Rəşad Sadiqov, 8. Elşən Abdullayev, 9. Ağabala Ramazanov, 11. Mahir Mədətov, 15. Ruslan Abışov (k), 19 Məqsəd İsayev, 20. Azər Salahlı, 21. Vüqar Mustafayev

Ehtiyat oyunçular: 12. Tərlan Əhmədli, 22. Emil Balayev, 3. Azad Kərimov, 4. Adil Nağıyev, 7. Coşqun Diniyev, 16. Elvin Camalov, 10. Orxan Əliyev, 13. Elnur Cəfərov, 14. Yusif Nəbiyev, 17. Mirabdulla Abbasov, 18. Tellur Mütəllimov, 23. Fəhmin Muradbəyli


GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ