SON DƏQİQƏ
» » İslamiadaya qatılan ağır atletika yığmamızın üzvünün 8 aylıq hamilə olduğu bilindi

İslamiadaya qatılan ağır atletika yığmamızın üzvünün 8 aylıq hamilə olduğu bilindi

Tarix:

11-05-2017, 17:59

/ 2 919 dəfə oxundu.
İslamiadaya qatılan ağır atletika yığmamızın üzvünün 8 aylıq hamilə olduğu bilindi

Azərbaycan ağır atletika üzrə qadınlardan ibarət yığma komandasında qalmaqal baş verib.  
İslamiadada ölkəmizi təmsil etməyə hazırlaşan ağır atlet planları alt-üst edib. 
Belə ki, komandanın yeniyetmə üzvlərindən biri Goranboy rayonundan olan Xumar Məmmədova məşqlərə hamiləliyini gizlədərək qatılırmış. 7-8 aylıq hamilə atletin "sirri"nin üstü 2 gün öncə açılıb. Bundan sonra idmançı komandadan xaric edilib. 
Federasiya isə baş məşqçi Natali Prişepanın belə diqqətsizliynə görə izahat alıb. Bir ehtimal da var ki, İslamiadadan sonra qadınlardan ibarət millinin baş məşqçisi komandadan qovula bilər. 
Qeyd edək ki, yeni-yeni dopinq qalmaqalından canı qurtaran federasiyanın xanımlardan ibarət komandasında gənc və yeniyetmə idmançılar çoxluq təşkil edir. Səbəb isə bu sahədə idmançı qıtlığının olmasıdır.(baku.ws)

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ