SON DƏQİQƏ

Avropa Liqasında finalçılar müəyyənləşir

Tarix:

11-05-2017, 09:06

/ 4 069 dəfə oxundu.
Avropa Liqasında finalçılar müəyyənləşir

Bu gün futbol üzrə Avropa Liqasında finalçılar müəyyənləşəcək.

GUNAZ.az xəbər verir ki, həlledici görüşə vəsiqə qazanacaq komandalar İngiltərə və Fransada keçiriləcək yarımfinal mərhələsinin cavab oyunlarından sonra bəlli olacaq.

Qeyd edək ki, final matçı mayın 24-də İsveçin paytaxtı Stokholmdakı "Friends Arena"da keçiriləcək.
Avropa Liqası. Yarımfinal, cavab oyunları
11 may
23:05. "Mançester Yunayted” (İngiltərə) – "Selta” (İspaniya)
Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)
İlk oyun – 1:0
23:05. "Lion” (Fransa) – "Ayaks” (Hollandiya)
Baş hakim: Şimon Martsinyak (Polşa)
İlk oyun – 1:4

İlk qarşılaşmaların nəticələrinə əsasən "Mançester Yunayted”lə "Ayaks” finalçı olmağa daha yaxındır. İngiltərə təmsilçisi İspaniyada "Selta”nı 1 cavabsız qolla üstələdiyi halda, Hollandiya komandası evdə "Lion”u darmadağın edib - 4:1.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ