SON DƏQİQƏ

İslamiada: 3 ölkə Bakıya gəlmədi

Tarix:

10-05-2017, 16:50

/ 1 912 dəfə oxundu.
İslamiada: 3 ölkə Bakıya gəlmədi


Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarına qatılacaq ölkələrin sayında dəyişiklik edilib.
Əməliyyat Komitəsindən verilən məlumata görə, Sudan və Liviya idmançıları, həmçinin İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) bayrağı altında çıxış etməli olan küveytlilərin yarışda iştirakı baş tutmayacaq.
İslamiadanın Əməliyyat Komitəsi, İHİF və bu ölkələrin olimpiya komitələri komandaların yarışa gəlməsi üçün əllərindən gələni etsələr də, bu səylər nəticəsiz qalıb.
Beləliklə, Bakıda 57 deyil, 54 ölkənin iştirakı baş tutacaq. 

 

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ