SON DƏQİQƏ
» » Bakı-2017: Əlcəzair Pakistanı darmadağın etdi

Bakı-2017: Əlcəzair Pakistanı darmadağın etdi

Tarix:

10-05-2017, 10:55

/ 2 614 dəfə oxundu.
Bakı-2017: Əlcəzair Pakistanı darmadağın etdi

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında həndbol yarışları davam edir.
Kişilər arasında qrup oyunlarının II turu çərçivəsində "A" qrupunda Əlcəzair Pakistan komandası ilə qarşılaşıb.
Oyun Əlcəzair yığmasının böyük hesablı qələbəsi ilə başa çatıb - 47:24.
Bu qrupun digər oyununda Azərbaycan və Səudiyyə Ərəbistanı komandaları qarşılaşacaqlar. İlk oyunda millimiz Pakistan yığmasını 23:21 hesabı ilə məğlubiyyətə uğradıb.
Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.(trend)
 

GUNAZ.az

скачать dle 12.1

Şərhlər