SON DƏQİQƏ
» » Bu gün Çempionlar Liqasının digər finalçısı müəyyənləşəcək

Bu gün Çempionlar Liqasının digər finalçısı müəyyənləşəcək

Tarix:

10-05-2017, 09:23

/ 4 114 dəfə oxundu.
Bu gün Çempionlar Liqasının digər finalçısı müəyyənləşəcək

Bu gün futbol üzrə Çempionlar Liqasının digər finalçısı müəyyənləşəcək.
 Həlledici görüşdə İtaliyanın "Yuventus" klubuna rəqib olacaq komandanın adına "Visente Kalderon" stadionunda baş tutacaq matçda aydınlıq gələcək.
Ötən mövsüm qitənin ən nüfuzlu klub turnirinin finalında "Atletiko"nu məğlub edən "Real Madrid" rəqibini bu dəfə yarımfinalda üstələməyə yaxındır. İlk görüşdə həmşəhərlilərini 3 cavabsız qolla məğlub edən "kral klubu" tapşırığın öhdəsindən böyük ölçüdə gəlib.
Qeyd edək ki, final matçı iyunun 3-də Uelsin paytaxtı Kardiffdə yerləşən "Millenium” stadionunda keçiriləcək.
Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
22:45. "Atletiko" (İspaniya) - "Real Madrid" (İspaniya)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Madrid. "Visente Kalderon" stadionu
İlk oyun - 0:3

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ