SON DƏQİQƏ

"Yuventus" finalda!

Tarix:

10-05-2017, 01:13

/ 4 706 dəfə oxundu.
"Yuventus" finalda!

Çempionlar Liqasında 2016/17 mövsümünün ilk finalçısı müəyyənləşib.
 Bu, İtaliyanın "Yuventus" klubudur. Turin təmsilçisi Fransa "Monako"sunu səfərdə olduğu kimi, evdə də məğlub edib. Qonaqlar yalnız təsəlli qoluyla kifayətlənib.
2 ildən sonra yenidən finala yüksələn "Yuventus"un rəqibi yenə İspaniya təmsilçisi olacaq. Amma bu dəfə "Qoca Sinyora" "Barselona" deyil, "Real Madrid" və ya "Atletiko" ilə üz-üzə gələcək.
Final oyunu iyunun 3-də Uelsin paytaxtı Kardiff şəhərindəki "Millenium" stadionunda olacaq.
Çempionlar Liqası. Yarımfinal, cavab oyunu
9 may
22:45. "Yuventus” (İtaliya) – "Monako” (Fransa) - 2:1
Qollar: Mario Mancukiç, 33. Dani Alveş, 44 - Kilian Mbappe, 69
Baş hakim: Born Keypers (Hollandiya)
Turin. "Yuventus Stedium”
İlk oyun - 2:0

скачать dle 12.1

Şərhlər