SON DƏQİQƏ
» » Aqolli: "Karyeramla bağlı qərarımı vermişəm"

Aqolli: "Karyeramla bağlı qərarımı vermişəm"

Tarix:

19-04-2017, 21:55

/ 2 928 dəfə oxundu.
Aqolli: "Karyeramla bağlı qərarımı vermişəm"

"Qarabağ"ın futbolçusu Ansi Aqolli komandası ilə yeni müqavilə imzalayacaq.
Qol.az-ın xəbərinə görə, bunu albaniyalı müdafiəçi ölkəsinin mətbuatına açıqlamasında deyib.
O, daha bir il Ağdam klubunda oynayacağını bildirib: "Karyeramla bağlı qərarımı vermişəm. Tezliklə "Qarabağ"la yeni müqavilə imzalayacam. Komandamızın hədəfi bəllidir: kubou qazanmaq və Çempionlar Liqasında uğurlu çıxış etmək. Əlimdən gələni edəcəm ki, hədəfə çatmaqda komandama kömək edim".
Qeyd edək ki, Albaniya milisinin kapitanı olan 34 yaşlı futbolçu 2011-ci ildən "Qarabağ"da çıxış edir. O, Ağdam klubunun heyətində 4 dəfə çempionluq sevinci yaşayıb.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər