SON DƏQİQƏ
» » "Boavişta" klubu Kamran Ağayevlə yollarını ayırıb

"Boavişta" klubu Kamran Ağayevlə yollarını ayırıb

Tarix:

17-04-2017, 21:26

/ 4 124 dəfə oxundu.
"Boavişta" klubu Kamran Ağayevlə yollarını ayırıb

Portuqaliyanın "Boavişta" klubu futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevlə yollarını ayırıb.
Klubun rəsmi "Facebook" səhifəsinə istinadən verilən məlumata görə, 31 yaşlı qolkiperlə mövsümün sonunadək nəzərdə tutulan anlaşma pozulub.
Qərarın dərhal qüvvəyə mindiyi açıqlanıb. "Boavişta" Ağayevə idmançı karyerasında və şəxsi həyatda uğurlar arzulayıb.
"A Bola" nəşri yazır ki, azərbaycanlı qapıçı "Benfika" ilə yanvarın 15-də keçirilmiş ölkə çempionatının XVII tur matçının sonunda rəqib futbolçularla dalaşdığı üçün 3 oyunluq cəzalandıqdan və elə həmin ay Vaqnerin transfer olunmasından sonra baş məşqçi Migel Lealın gözündən düşüb.
Qeyd edək ki, Kamran Ağayev "Boavişta"ya mövsümün əvvəllərində azad agent kimi keçib. O, 6-cı turdan etibarən meydana çıxmağa başlayıb. Ağayev çempionatda 12, ölkə kubokunda isə 2 oyunda forma geyinib.  

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ