SON DƏQİQƏ
» » Elxan Abdullayev: "Neftçi” bu qələbələri çoxdan qazanmalı idi"

Elxan Abdullayev: "Neftçi” bu qələbələri çoxdan qazanmalı idi"

Tarix:

15-04-2017, 23:33

/ 4 125 dəfə oxundu.
Elxan Abdullayev: "Neftçi” bu qələbələri çoxdan qazanmalı idi"

"Bu gün layiqli qələbə qazandıq. Komandamı təbrik edirəm. Başqa deyəcək bir sözüm yoxdur".
"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının XXVI turunda evdə AZAL-ı 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
Daha sonra 47 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
Əvvəlkilərdən fərqli olaraq, oyundan sonra futbolçularla birgə azarkeşlərə yaxınlaşmadınız...
- Mən heç vaxt azarkeşlərə yaxınlaşmamışam. Azarkeşlə nə işim var? Sağ olsunlar, azarkeşlik edirlər, ancaq heç vaxt onlara yaxınlaşmamışam.
Sizcə, hər şey son turda həll ediləcək?
- Proqnoz verə bilmərəm. Yalnız onu deyə bilərəm ki, qarşıda 2 oyunumuz var, hər iki oyunu qələbə ilə başa vurmalıyıq
.Qələbəyə rəğmən, əhvalınız yoxdur sanki...
- Niyə sevinməliyəm ki?
Komandanız 4:0 hesabıyla qalib gəlib...
- Komanda bu qələbələri çoxdan qazanmalı idi.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ