SON DƏQİQƏ
» » Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR

Tarix:

15-02-2017, 02:07

/ 5 324 dəfə oxundu.
Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR

Avrokuboklarda 2 aydan çox çəkən fasilə başa çatıb. , Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

 

İlk oyun günündə iki qarşılaşma baş tutub. Qrup mərhələsinə məğlub olmayan PSJ "Barselona" ilə qarşılaşıb. Doğma meydanda rəqibini darmadağın edən parislilər 4:0 hesablı tarixi qələbəyə imza atıblar. Di Mariyanın dubl etdiyi oyunda Draksler və Kavani hərəyə bir dəfə fərqləniblər.

 

Günün digər matçında "Benfika” ilə Dortmund "Borussiya”sı üz-üzə gəliblər. Portuqaliya çempionatının lideri güclü rəqibi qarşısında minimalhesablı qələbə qazanıb. Mitroğlunun 48-ci dəqiqədə vurduğu qol matçda yeganə olub. "Borussiya"da isə Obameyanq penaltidən yararlana bilməyib.  

 

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

 

14 fevral

"Benfika” (Portuqaliya) – "Borussiya” (Dortmund, Almaniya) - 1:0

Qol: Mitroğlu, 48

Baş hakim: Nikola Ritsoli (İtaliya)

 

PSJ (Fransa) – "Barselona” (İspaniya) - 4:0

Qollar: Di Mariya, 18, 55, Draksler, 40, Kavani, 71

Baş hakim: Şimon Marçinyak (Polşa)

Gunaz.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ