SON DƏQİQƏ

"Barselona"da yarımmüdafiəçi zədələndi

Tarix:

23-01-2017, 10:21

/ 5 927 dəfə oxundu.
"Barselona"da yarımmüdafiəçi zədələndi

"Barselona" La Liqanın XIX turu çərçivəsində səfərdə "Eybar"ı (4:0) məğlub etsə də, bir məqam kataloniyalıları məyus edib.
Gunaz.az apasport.az-a istinadən xəbər verir ki, söhbət komandanın aparıcı oyunçularından olan Serxio Busketsin zədələnməsindən gedir.  
Oyunun əvvəlindəcə dabanından xəsarət alan Buskets bu səbəbdən 10-cu dəqiqədə Denis Suareslə əvəzlənib. 29 yaşlı yarımmüdafiəçinin hansı müddətə sıradan çıxdığı da bəllidi. İlkin tibbi müayinədən sonra Busketsin qarşıdakı 4 həftə ərzində komandasına kömək edə bilməyəcəyi müəyyənləşib. Bu isə o deməkdi ki, Buskets Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində PSJ ilə fevralın 14-də keçiriləcək ilk matçı buraxacaq.  
İspaniya yığmasının üzvü bu günlərdə MRT-dən keçəcək və bundan sonra zədəsinin nə dərəcədə ciddi olduğu tam dəqiqliyi ilə bilinəcək.
Qeyd edək ki, 2008-ci ildən "Barselona"nın əsas komandasında çıxış edən Buskets ümumilikdə 411 oyunda 12 qola imza atıb. 
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ