SON DƏQİQƏ
» » Qurban Qurbanov: "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş"ı Azərbaycanda gözləyirik

Qurban Qurbanov: "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş"ı Azərbaycanda gözləyirik

Tarix:

18-01-2017, 16:15

/ 4 241 dəfə oxundu.
Qurban Qurbanov: "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş"ı Azərbaycanda gözləyirik

Son 3 ildə Azərbaycan çempionu olan və ölkəni son 3 mövsümdə avrokuboklarda təmsil edən "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov Türkiyənin "Anadolu" agentliyinə müsahibə verib.
9 ildir Ağdam təmsilçisini çalışdıran Q.Qurbanov müsahibəsində bildirib ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi səbəbindən 24 ildir matçlarını paytaxt Bakıda keçirmək məcburiyyətində qalan "Qarabağ" klubundakı hər kəs öz torpağında oynamağı arzulayır:
"Avrokuboklarda mübarizə aparırıq, amma Avropanın tanınmış komandalarını öz torpaqlarımızda qarşılaya bilmirik. Lakin ümidimizi itirməmişik... Sağ olsun azarkeşlərimiz, bizi heç vaxt tək qoymurlar. Məğlub olanda da yanımızdadırlar. Avrokubok oyunlarında isə bütün Azərbaycan bizi dəstəkləyir".
Azərbaycanda Türkiyə futboluna böyük marağın olduğunu xatırladan Q.Qurbanov əlavə edib: "Azərbaycanda Türkiyə klublarına, xüsusilə də "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş"a azarkeşlik edirlər. Bu səbəbdən də bu üç böyük komandanı Azərbaycanda gözləyirik. Təbii ki, bu klublarla avrokuboklarda qarşılaşmaq daha maraqlı olardı".
Baş məşqçi ən çox bəyəndiyi türk futbolçunun Almaniyanın "Bayer Leverkuzen" klubunda oynayan Hakan Çalhanoğlu olduğunu bildirib.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər