SON DƏQİQƏ
» » Kamran Ağayev "Benfika" ilə oyunda baş verənlərə aydınlıq gətirib

Kamran Ağayev "Benfika" ilə oyunda baş verənlərə aydınlıq gətirib

Tarix:

16-01-2017, 02:02

/ 3 754 dəfə oxundu.
Kamran Ağayev "Benfika" ilə oyunda baş verənlərə aydınlıq gətirib

 Azərbaycan milli komandasının və "Boavişta" futbol klubunun qapıçısı Kamran Ağayev Portuqaliya çempionatının son turunda səfərdə "Benfika" ilə keçirilən oyundan sonra baş verən hadisəyə aydınlıq gətirib.
Gunaz.az Report-a istinadən xəbər verir ki, o, AFFA-nın "Facebook" səhifəsinə hadisənin rəqib futbolçunun onu təhqir etməsi üstündə baş verdiyini bildirib:
"Oyundan sonra xoşagəlməz hadisə yaşandı. Hamı deyir ki, Kamran Ağayev dalaşıb. Təbii ki, bu hadisə yaşanmamalı idi. Ancaq bəzən hisləri cilovlamaq olmur, həmin anda nə qərar verəcəyini bilmirsən. Bu böyük futbolçularla da baş verir. Məsələn, Zidan Materazzini təhqirə görə vurmuşdu və bundan sonra ümumiyyətlə futboldan uzaqlaşmışdı. Rəqib oyunçu ilə üz-üzə gəldik, ayrılandan sonra arxamca söyüş söydü və mən bunu həzm edə bilmədim. Azərbaycan xalqının adına ləkə gətirəcək bir hərəkət etdiyimi düşünmürəm. Əgər elə bir hərəkətim olubsa, xalqımdan üzr istəyirəm. Əlbəttə ki, bu hadisə olmamalı idi. Niyə mənlə baş verdiyini araşdırsaq nəzərə almaq lazımdır ki, "Benfika" çempionluğa oynayan komandadır. 65 min azarkeşin önündə 3 top geridə olmaqları və sonra qalib gələ bilməməkləri onlara pis təsir edirdi. Mən oyunun gedişatına çox təsir göstərirdim, oyunu gecikdirməyim və ritmi salmağım onları özündən çıxarırdı".
Kamran Ağayev hazırda klubdakı vəziyyətdən də danışıb:
"Hazırda klubda vəziyyət yaxşıdır. Son oyunda matç boyu irəlidəydik, ancaq bəxtimiz gətirmədi. "Benfika" dünyada tanınmış, Avropada sözünü demiş komandadır. "Benfika"dan 1 xal almaq da yaxşı nəticədir. Ümumiyyətlə abu-hava yaxşıdır, heç bir problem yoxdur. Komandama bağlıyam və onun uğurları üçün çalışıram".
Futbolçu "Neftçi" klubuna keçəcəyi ilə bağlı xəbərlərə də toxunaraq bildirib ki, "bu xəbərlər doğru deyil, bu məsələ ilə bağlı danışığımız olmayıb".
"Hal-hazırda "Boavişta" futbol klubunun üzvüyəm, mövsümün sonuna qədər müqaviləm var. Mövsümün sonunda nə olacağı ilə bağlı indi bir şey deyə bilmərəm", - deyə o əlavə edib
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ