SON DƏQİQƏ
» » Kamran 3 qol buraxdı, "Boavişta" "Benfika"ya uduzmadı - VİDEO

Kamran 3 qol buraxdı, "Boavişta" "Benfika"ya uduzmadı - VİDEO

Tarix:

14-01-2017, 22:48

/ 9 064 dəfə oxundu.
Kamran 3 qol buraxdı, "Boavişta" "Benfika"ya uduzmadı - VİDEO

Millimizin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi "Boavişta” bu gün Portuqaliya çempionatında növbəti oyuna çıxıb.
Portu təmsilçisi 17-ci turda Lissabonda lider "Benfika”nın qonağı olaub. 
Oyuna yaxşı başlayan "Boavişta" 25 dəqiqəyə 3 qol vurub. Lakin qonaqlar bu üstünlüyünü qoruya bilməyib. Paytaxt təmsilçisi hesabı bərabərləşdirə bilib - 3:3. 
Start heyətdə meydana çıxan Kamran Ağayev matçın 75-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb. Emin Mahmudov isə ehtiyatda qalıb. 
Qeyd edək ki, Kamran 2-ci qolu penaltidən buraxıb. Matçın 68-ci dəqiqəsində isə "Boavişta"nın futbolçusu Fabio Espino topu öz qapısına vuraraq avtoqol müəllifi olub.
Portuqaliya çempionatı
 XVI tur

"Benfika" - "Boavişta" - 3:3
Qollar: Yuri Medeyros, 14 (0:1), Lukad De Lima, 20 (0:2), Andre Şembri, 25 (0:3), Mitroğlu, 41 (3:1), Jonas, 52-pen. (3:2), Fabio Espinyo, 67-avtoqol (3:3)

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ