SON DƏQİQƏ
» » Zəncirvari yol qəzasında 3 nəfər ölüb, 23 nəfər xəsarət alıb

Zəncirvari yol qəzasında 3 nəfər ölüb, 23 nəfər xəsarət alıb

Tarix:

5-01-2017, 09:00

/ 5 906 dəfə oxundu.
Zəncirvari yol qəzasında 3 nəfər ölüb, 23 nəfər xəsarət alıb

Rusiyanın Altay diyarında ağır yol qəzası baş verib.

 RİA Novosti agentliyinin verdiyi xəbərə görə, insident Kosixinskiy rayonunun Ukrayinskiy kəndi ərazisində qeydə alınıb.

"LAZ” və "Higer” sərnişin avtobusu, "Qazel” yük maşını və "Audi Q7” markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər hadisə yerində ölüb, 23 nəfər yaralanıb. Xəsarət alanlardan 15-i xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə 100-dən çox xilasedici və 29 ədəd texnika cəlb edilib. Qəza ilə əlaqədar Altay federal avtomagistralı 5 saat bağlı qalıb. İnsidentin səbəbləri müəyyənləşdirilir.  

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər