SON DƏQİQƏ

Mağazaları qarət edən iki qardaş tutuldu

Tarix:

2-01-2017, 20:12

/ 4 670 dəfə oxundu.
Mağazaları qarət edən iki qardaş tutuldu

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi törədən şəxs məsuliyyətə cəlb edilib. 
Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayon sakini Sərdar Məmmədov tutulub.  
O, ötən ilin oktyabrın 31-də Bakı şəhər sakini Həmilə Zamanovanın evindən 2200 manat və 400 ABŞ dolları, habelə 2000 manat dəyərində qızıl əşyalar və mobil telefon oğurlamaqda şübhəli bilinib.  
İstintaq araşdırması zamanı məlum olub ki, onun dekabrın 2-də qardaşı Rövşənlə birgə Sulutəpə qəsəbəsində yaşayan Rafiq Siyahovun evindən spirtli içki və ərzaq məhsulları oğurlayıb.  
Keçirilən əməliyyat zamanı cinayətin digər iştirakçısı Rövşən Məmmədov da həbs edilib. 
Gunaz.az
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər