SON DƏQİQƏ
» » Neftçilərin axtarışlarına yenidən kiçik gəmilər cəlb edilib

Neftçilərin axtarışlarına yenidən kiçik gəmilər cəlb edilib

Tarix:

2-01-2017, 15:51

/ 2 098 dəfə oxundu.
Neftçilərin axtarışlarına yenidən kiçik gəmilər cəlb edilib

"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Axtarış-xilasetmə Qərargahından verilən məlumata görə, hava şəraitinin yaxşılaşması ilə əlaqədar olaraq, kiçik həcmli gəmilər axtarışlara yenidən cəlb edilib və hər gün olduğu kimi bu gün də digər gəmi və üzən vasitələr, helikopterlər, canlı qüvvə və dalğıclar axtarışı davam etdirməkdədir.
Gunaz.az

Neftçilərin axtarışlarına yenidən kiçik gəmilər cəlb edilib

 

Neftçilərin axtarışlarına yenidən kiçik gəmilər cəlb edilib

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ