SON DƏQİQƏ

Səngəçalda yenidən qaz kəməri partladı

Tarix:

2-01-2017, 14:02

/ 2 136 dəfə oxundu.
Səngəçalda yenidən qaz kəməri partladı

Səngəçalda 5 gün əvvəl partlayiş bas vermiş qaz kəmərində yenidən partlayış olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Gunaz.az-a verilən məlumata görə, yanğınla nəticələnən partlayış bu gün saat 07 radələrində kəmərin eyni yerində qeydə alınıb.
Hadisədən dərhal sonra FHN-in canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.
Ərazidə təhlükəsizlik tədbirləri görülüb, Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərinə qaz vurulması dayandırılıb.
Yanğın lokallaşdırılıb və tam söndürülməsi üçün tədbirlər davam etdirilir.
 
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ