SON DƏQİQƏ
» » Bakıda ağır zəncirvari qəza: Ölən və yaralananlar var

Bakıda ağır zəncirvari qəza: Ölən və yaralananlar var

Tarix:

30-08-2021, 08:16

/ 3 134 dəfə oxundu.
Bakıda ağır zəncirvari qəza: Ölən və yaralananlar var

Bakının Nərimanov rayonunda yol qəzası zamanı üç nəfər xəsarət alıb, bir nəfər ölüb.
Hadisə Ziya Bünyadov prospektində baş verib.
"VAZ 2104” markalı nəqliyyat vasitəsi "Mercedes” markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində "VAZ 2104”də olan sürücü Talıbov Telman Balaxan oğlu ağır xəsarət alıb. Onun sərnişini isə hadisə yerində keçinib.
Baş vermiş qəza digər avtomobillərin toqquşmasına səbəb olub. Belə ki, qəzaya uğramış avtomobilləri görən motosiklet sürücüsü qəfil əyləcdən istifadə edərək aşıb.
Eyni istiqamətdə gələn "Toyota”, BMW və "Hyundai” ard-arda bir birinə çırpılıb.APA

 

 

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ