SON DƏQİQƏ

İrəvanda xəstəxanada YANĞIN: YARALILAR VAR

Tarix:

16-04-2021, 12:31

/ 3 801 dəfə oxundu.
İrəvanda xəstəxanada YANĞIN: YARALILAR VAR

İrəvan xəstəxanalarının birində baş verən yanğın nəticəsində iki nəfər yanıq xəsarəti alıb.

GünAz.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, 16 aprel saat 06:24-də Fövqəladə Hallar Nazirliyinə Abovyan küçəsində yerləşən Heratsi xəstəxana kompleksinin mərtəbələrindən birində yanğın baş verməsi barədə məlumat daxil olub.

Yanğınsöndürən-xilasetmə dəstəsindən 6 heyət, həmçinin FHN-in yanğınsöndürmə və xilasetmə işlərinin təşkili şöbəsinin növbətçi qrupu hadisə yerinə cəlb olunub.

Məlum olub ki, yanğın xəstəxananın 2-ci mərtəbəsindəki otaqlardan birində baş verib.

Hadisə yerindən daha 11 pasiyent təxliyə edilib. Yanğın tam söndürülüb.

скачать dle 12.1

Şərhlər