SON DƏQİQƏ

Türkiyədə hərbi avtomobil qəzaya uğradı, xəsarət alanlar var

Tarix:5-03-2021, 08:27 Oxunub:4 263

Türkiyədə hərbçilərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Report "Habertürk”ə istinadən xəbər verir.

Məlumata görə, hadisə Şırnak-Cizrə magistral yolunun 25-ci kilometrliyində olub. Hərbçiləri daşıyan avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə 11 hərbçi xəsarət alıb. Yaralılar Şırnak və Cizrə dövlət xəstəxanalarına çatdırılıblar. Onların həyatı üçün təhlükə yoxdur.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<