SON DƏQİQƏ

Əməkdar artist çəkilişdə insult keçirib, reanimasiyadadır

Tarix:3-03-2021, 08:39 Oxunub:4 968

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Əməkdar artist Pərviz Bağırov xəstəxanaya yerləşdirilib.

"Qafqazinfo” bildirir ki, bu barədə rejissor Şəhriyar Zeyni instaqramda məlumat verib.

Onun sözlərinə görə, P.Bağırov fevralın 27-də çəkiliş vaxtı beyin insultu keçirib, hazırda 5 saylı Şəhər Klinik Xəstəxanasının Reanimasiya şöbəsindədir.

"Hər kəsdən dua etməyi və bacardıqca köməklik etmələrini xahiş edirəm”, - rejissor paylaşımında yazıb.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<