SON DƏQİQƏ

Yük avtomobili ilə traktor toqquşdu - Ölən var

Tarix:20-01-2021, 11:58 Oxunub:5 713

Ağcabədi şəhərində yol qəzası olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 19-u saat 18 radələrində Ağcabədi şəhəri ərazisində Gəncə şəhər sakini N.Yusifovun idarə etdiyi "MAN” markalı yük avtomobili Bərdə rayon sakini Ə.Fətəliyevin idarə etdiyi "MTZ” markalı traktorla toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən Ə.Fətəliyev orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<