SON DƏQİQƏ

Şirvanda ağır qəza: piyada öldü

Tarix:21-09-2020, 23:09 Oxunub:1 137

Şirvanda 54 yaşlı qadını avtomobil vuraraq öldürüb.

GunAz.az-ın məlumatına görə, hadisə Şirvan şəhərində, Köhnə şəhər massivində qeydə alınıb.

Şirvan sakini, 1993-cü il təvəllüdlü Əliyev Qulu Elman oğlu idarə etdiyi "Mercedes” markalı 50-DB-989 dövlət nömrə nişanlı avtomobillə Şirvan sakini, 1966-cı il təvəllüdlü Həsənova Fərqanə Məmmədəli qızını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır. APA


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<