SON DƏQİQƏ
» » Türkiyədə: rusiyalı qızlar tibb bacısını döydülər-QALMAQAL

Türkiyədə: rusiyalı qızlar tibb bacısını döydülər-QALMAQAL

Tarix:

17-09-2020, 08:00

/ 4 591 dəfə oxundu.
Türkiyədə: rusiyalı qızlar tibb bacısını döydülər-QALMAQAL

Türkiyədə hoteldə tibb bacısını döyən üç turisti tutublar.

"Hürriyet” xəbər verir ki, 23 yaşlı Marqarita, 32 yaşlı Tatyana və adı məlum olmayan başqa bir qız hotelə gəldikləri ilk gündə qalmaqal yaradıblar.

Onlar hoteldə yerləşən həkim otağına gəliblər. Qızlardan bir ayağında olan ağrılardan şikayət edib. Tibb bacısı onlardan maska taxmalarını istəyəndə qızlar onu təhqir edib və onlardan biri ayaqqabısını tibb işçisinin üzünə atıb. Onların arasında dava başlayıb və həkim polis çağırıb.

Qızların ifadələri alınıb və xəstəxanada onlara sərxoş olduqları barədə diaqnoz qoyulub. Xəstəxanaya aparılan zərərçəkənə isə göz travması diaqnozu qoyulub.

Turistləri hansı cəzanın gözləyəcəyi hələlik məlum deyil.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ